Myanmada uçmuş binanın dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir

Myanmada uçmuş binanın dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir
DÜNYA
15:46 29.03.2025
260
Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində dağılmış yaşayış binasının qalıqları altında 90-dan çox insanın qaldığı güman edilir.

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi AFP agentliyinə bildirib.

Onun məlumatına görə, xilasedicilər 12 mərtəbəli binanın dağıntıları altında axtarış aparırlar.

Qeyd edək ki, 8,2 maqnitudalı zəlzələ martın 28-də Myanma ərazisində baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib, təxminən 2 300 nəfər xəsarət alıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR