Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb

Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb
DÜNYA
13:20 30.03.2025
255
Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb.

Bu barədə Çin Mərkəzi Televiziyası ölkənin Myanmadakı səfirliyinə istinadən məlumat yayıb.

"Martın 30-da Çinin Myanmadakı səfirliyi güclü zəlzələ nəticəsində 13 vətəndaşının xəsarət aldığını təsdiqləyib", - məlumatda deyilir.

Bundan əvvəl "Sinxua" agentliyi Çinin Yanqondakı səfirliyinin əməkdaşına istinadən 12 nəfərin yaralandığını bildirib.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü keçib. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.
 
///report
OXŞAR XƏBƏRLƏR