Bu gün Myanmada baş verən zəlzələ səbəbindən Tailandda məktəblər təhlükəsizlik məqsədilə bağlanıb.
Bu barədə ölkənin baş naziri Phethonqthan Çinavat məlumat verib.
"Biz ictimaiyyəti sakitliyi qorumağa və sayıq olmağa çağırırıq. Məktəblər şagirdlərin təhlükəsizliyi məqsədilə vaxtından əvvəl bağlanıb", - o bildirib.
KİV-in məlumatına görə, Tailandın aviasiya tənzimləyicisi Myanmada baş verən zəlzələdən sonra ölkənin bütün hava limanlarına uçuşları qadağan edib.
Tailandın Mərkəzi Bankı bildirib ki, ölkənin bankları müştərilərə məhdud xidmətlər göstərə bilər, ödəniş sistemləri isə işləməyə davam edir.
Bundan başqa, zəlzələdən sonra Tailand hərbçiləri əhaliyə yardım göstərmək üçün cəlb olunub.
Qeyd edək ki, bu gün Myanma ərazisində 7,7 maqnitudalı zəlzələ baş verib, təkanlar beş qonşu ölkədə, o cümlədən Tailandda hiss edilib.
///report