Myanmarda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən xunta qüvvələri ölkənin Kaçin əyalətində separatçı Kaçin Müstəqilliyinin yaranmasının 62-ci ildönümü münasibətilə keçirilən konsertə hava hücumu təşkil edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünən yerli vaxtla saat 20:40 radələrində baş verən hücumda ən azı 80 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb. Ölənlər arasında musiqiçilərin də olduğu bildirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Myanma ofisindən verilən açıqlamada təhlükəsizlik qüvvələrinin silahsız mülki şəxslərə qarşı həddindən artıq və qeyri-mütənasib güc tətbiqinin qəbuledilməz olduğu və günahkarların məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.
Qeyd edək ki, ötən il çevrilişdən sonra zorakılığın yaşandığı ölkədə xunta rəhbərliyi tərəfindən ən azı 2370 nəfərin öldürüldüyü, təxminən 16 min adamın həbs edildiyi bildirilir.
Mikayıl