Mydom Nərgiz – xoş günlərin zövqlə yazılan hekayəsi- VİDEO

Mydom Nərgiz – xoş günlərin zövqlə yazılan hekayəsi- VİDEO
SOSİAL
23:10 25.08.2025
274
Yarandığı gündən süfrə təqdimatı, hazırladığı ləziz təamların tərtibatı ilə fərqlənən, Azərbaycanda restoran biznesində yenilikləri ilə tanınan, minlərlə ailədə keçirilən xoş günlərin əsas müəllifi Nərgiz BABAYEVA kimdir?

Nərgiz xanım – UNUDULMAZ ANLARIN MEMARIDIR! 

Azərbaycanın restoran mədəniyyətində özünəməxsus dəsti-xətti ilə seçilən Nərgiz xanım hər bir məclisi, hər bir tədbiri, hər bir süfrəni adi bir toplaşmadan çıxarıb, yaddaşlarda iz buraxan unudulmaz xatirəyə çevirir. 

Onun yaratdığı süfrələr yalnız gözoxşayan estetikası ilə deyil, həm də insanlara bəxş etdiyi duyğularla dəyərlidir.

Zövq və incəliklə bəzədilmiş süfrələrin arxasında sadəcə bir sahibkarlıq deyil, daxili zənginlik, yaradıcı ruh və gözəlliyə olan sarsılmaz sevgi dayanır. Hər detalda onun estetik duyumunun izini görmək olar – düzgün seçilmiş rənglərdən tutmuş ən kiçik aksesuarların harmoniyasına qədər. Bu harmoniya sadəcə zövq deyil, həm də qəlbin zənginliyindən doğan bir sənətdir.

Mydom brendi altında qurduğu məkanlar sadəcə yemək deyil, qonaqlara xoş xatirələr bəxş edən, duyğulara toxunan, ömür boyu unudulmayacaq bir təcrübə təqdim edir. Nərgiz xanım üçün süfrə bəzəyi yemək mədəniyyətinin sadə bir hissəsi deyil – o, insanları birləşdirən, sevgini və dostluğu paylaşdıran, hər görüşü daha mənalı edən bir rituallardır.

Məhz buna görə də o, ictimaiyyət arasında "Unudulmaz Anların Memarı” kimi tanınır – çünki onun yaratdığı mühit hər kəsin həyatına işıq qatır, iz qoyur və ən xoş günləri əbədi yaddaşlara həkk edir.

OXŞAR XƏBƏRLƏR