'N-Brothers' adını dəyişdi

MAQAZİN
11:00 10.04.2012
3012

“N-Brother” qrupu adını dəyişərək “N-Qardaşları” adlandırıldı.

Qrupun rəhbəri Namiq Qafarov açıqlamasında bildirib ki, qrupun ifa janrı dəyişdiyi üçün adını dəyişmək zərurəti yaranıb: “Mənim əvvəlki “N-Brother” qrupum pop janrında oxuyurdu. Həmin qrupa ingilis dilində ad verməyim xarici ölkələrin də marağını cəlb etmək üçün idi. Çünki ifa etdikləri mahnılar da daha çox xarici stildə idi. Kənardan baxanda heç kim onların Azərbaycanın qrupu olduğuna inanmırdı. Amma sonradan qrup daha çox xalq mahnılarını ifa etməyə üstünlük verdiyi üçün mən fikirləşdim ki, qrup “N-Qardaşları” adlanarsa, daha məqsədə uyğun olar”. 

OXŞAR XƏBƏRLƏR