Nərgiz Cəlilova: “Aparıcılar müğənnilik edə bilər amma ...”

Nərgiz Cəlilova: “Aparıcılar müğənnilik edə bilər amma ...”
ŞOU-BİZNES
10:22 08.07.2011
1633

AZXEBER.COM-un məlumatına görə, teleaparıcılıq mövzusunda dərs keçən Nərgiz Cəlilova gənclərə aparıclığın sirləri haqda danışıb. Nərgiz xanım bəzi aparıcıların müğənnilik etməsi haqda danışıb: “Aparıcılar müğənniliklə məşğul ola bilər. Təbii ki, əgər səsi və istedadları varsa və səhnədə yerlərini bilirlərsə”

Vaxtilə musiqili duetlər ifa etmiş Nərgiz Cəlilova tələbələrin yenidən onu estrada səhnəsində görməyi arzuladıqlarını eşidəndə təəcüblənib: “Düzdür vaxtilə mən də duet ifa etmişəm amma bu yalnız musiqiyə olan sevgimdən irəli gəlib. Bir neçə dəfə yeni mahnılar yazdırmaq, kliplər çəkdirmək təklifi alsam da qəbul etməmişəm. Həmişə düşünmüşəm ki, Azərbaycan səhnəsində bir çox istedadlı müğənnilər var. Məsələn, mənim dostum Briliant Dadaşova. Əgər mən onun kimi ifa edə bilməyəcəyəmsə, onda ifaçılığa başlamaq mənim üçün mənasızdır. Azərbaycan səhnəsində aparıcı kimi özümü tapdığım üçün isə çox şadam.”

Qeyd edək ki, Media akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən İRadio və İRƏLİ Prodakşnda gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edirlər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

Nura
azxeber.com

 

 

OXŞAR XƏBƏRLƏR