Nabran yolunda ağır qəza: Ölən və yaralanan var

Nabran yolunda ağır qəza: Ölən və yaralanan var
SOSİAL
13:20 18.06.2017
4376
Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Xaçmaz-Nabran yolunun 16-cı kilometrliyində – Qusarçay kəndi ərazisində "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 26 yaşlı gənc vəfat edib. Nəqliyyat vasitəsində olan sərnişin isə ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

///lent.az
OXŞAR XƏBƏRLƏR