Nabranda bir nəfər dənizdə batıb - ikisi xilas edildi

Nabranda bir nəfər dənizdə batıb - ikisi xilas edildi
SOSİAL
21:59 01.08.2019
5462
Xaçmaz rayonunun Nabran kəndində bir nəfər dənizdə batıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək. 

Digər məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Hövsan sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub. 
OXŞAR XƏBƏRLƏR