Nabranda görülməmiş əyləncə baş tutacaq - VİDEO

MAQAZİN
18:14 07.07.2015
3095

Tanınmış müğənni Talıb Tale Nabranda yerləşən “Atlant” istirahət mərkəzində öz sevənləri ilə görüşəcək.

AZXEBER.COM xəbər verir ki, 25 iyul saat 20:00-da keçiriləcək konsert proqramında müğənni ən son hit mahnılarını canlı ifa edəcək.

Konsertdən öncə isə Talıb Tale “Temmuz” adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Türkiyədə çəkilən klip fərqliliyi və peşəkarlığı ilə diqqəti daha çox cəlb edib.

Klip yaxın günlərdə Türkiyənin “Kral” musiqi televiziyası tərəfindən də yayımlanacaq.

Qeyd edək ki, müğənninin konsertində iştirak etmək istəyənlərin 050 400 55 99 nömrələri ilə əlaqə saxlayıb bilet əldə edə bilərlər.

Tələsin, yerlər məhduddur.

OXŞAR XƏBƏRLƏR