5 iyul tarixində Heydər Əliyev Sarayında tanınmış bəstəkar Nadir Əzimovun "Mənə dəniz verin...” adlı yaradıcılıq gecəsi keçirilicək.
AZXEBER.COM xəbər verir ki, gecədə Xalq artistləri Eyyub Yaqubov, Mübariz Tağıyev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Zaur Rzayev çıxış edəcək.
Bundan başqa Əməkdar və populyar artistlər: Mətanət İsgəndərli, Lalə Məmmədova, Nüşabə Ələsgərli, Xayyam Nisanov, Səidə Dadaşova, Ləman Əzimova, Elnarə Xəlilova, Ceyhun Bakinskiy, Aygül Babayeva, Elşən Əzimov və bir çox sevilən ulduzların ifalari gözlənilir.
Konsertin təşkilatçısı Azkonsert, :
PR Meneceri isə Hüseyn İsayevdir.
Qeyd edək ki, Nadir Nəriman oğlu Əzimov tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvüdür.
Nadir Əzimov 1990-cı ildə "Simfonik lovhə”,
1991-ci ildə Tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə”,
1993-cü ildə Piano üçün "Variasiyalar” əsərlərinin müəllifidir.
Nadir Əzimov biri-birindən gözəl hər kəsin sevərək dinlədiyi mahnıların müəllifidir.
Onun bəstələrini Azərbaycanın Xalq artistləri, Əməkdar artistləri və bir çox sevilen estrada ulduzları ifa edib.
Nadir Əzimovun "Mənə dəniz verin...” adlı konserti Heydər Əliyev Sarayında 5 iyul tarixində baş tutacaq.
Konsertə biletlər 29 - 129 AZN-dir.
Biletleri iticket.az və şəhərin kassalarından əldə edə bilərsiniz.