Müğənni Nadir Qafarzadə maşınsız qalıb. İfaçı bu gün “Chevrolet” markalı, 90 BU 427 dövlət seriyalı maşınını satıb. Məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq. O, məlumatı təsdiqlədi: “Düzdür, maşınımı bu gün satdım. Mənə maraqlıdır ki, bundan haradan xəbər tutmusuz? Çoxdan satmaq niyyətində idim. Satdım, hazırda maşınsızam”. Qeyd edək ki, bundan sonra müğənni ictimai nəqliyyatdan istifadə edəcəyini deyib. (lent.az)
