Nadir Qafarzadə Əbülfəz Qarayevə qarşı: 'Fəxri adlar pulla və ya tapşırıqla verilir'

Nadir Qafarzadə Əbülfəz Qarayevə qarşı:
MAQAZİN
12:17 10.02.2016
5772

Müğənni Nadir Qafarzadə növbəti dəfə ittihamdolu çıxışı ilə yadda qalıb. 

AZXEBER.COM xəbər verir ki, o,“Instagram” sosial şəbəkəsində yazdığı şərhlə xalq artistlərini və onlara bu adı verənləri hədəfə alıb:

“İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələrə də “yaxşı sənətkardı” deyirlər. Axı onlar da sənətlə məşğuldur. Adi tamaşaçı bilməsə də, biz bilirik ki, xalq və əməkdar artistlər kimlərdir, Necə alıblar... Kimin daydayısı, arxası, tapşıranı var...70 faizi belədir”.Xatırladaq ki, sənətçilərə fəxri adlar Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı əsasında Prezident İlham Əliyev tərəfindən verilir. Qafarzadənin ittihamına görə, nazirlik müğənnilərdən pul alıb, onların adını siyahı salır. 

OXŞAR XƏBƏRLƏR