Müğənni Nadir Qafarzadə paylaşımı ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, sənətçi instaqram hesabında video paylaşaraq izləyicilərinə sual ünvanlayıb:
"Niyə insanların başı xarab olub? Çoxunun belədir. Mən bu suala cavab tapa bilmirəm. Bəlkə, siz biləsiniz. Niyə?
Yeməkdəndir, havadandır, nədəndir? Bəlkə zəmanədəndir? İndi ağıllı adama birtəhər baxırlar. Başıxarablılıq nədəndir? Deyəsən, yavaş-yavaş mənim də başım xarab olur”.