Nadir Qafarzadə: ‘Neynəmək olar ki, dünyaya qadın olaraq gəlməmişəm’ – MÜSAHİBƏ

MAQAZİN
19:17 10.03.2012
3573

“Yəqin ki, Rəhim Rəhimlinin mahnılarına müraciət edəcəyəm”

“Əgər versəydi o zaman biz niyə gedib xaricdə özümüzə klip çəkdirək?”

“Soyu-kökü bizdən olmayan milləti təəccübləndirmək məndə alınır”.

“Toya 8 min manata, yarım saatı isə 3 min manata gedirəm”

“Bu xasiyyətimə görə bəli, şou-biznesin əjdahasıyam”

AZXEBER.COM portalı tanınmış müğənni Nadir Qafarzadənin portalımıza verdiyi eksklüziv müsahibəni təqdim edir...

“Yəqin ki, Rəhim Rəhimlinin mahnılarına müraciət edəcəyəm”

-Nadir bəy, yaxın zamanlarda sənətinizlə bağlı hansı planlarınız var?

Bildiyiniz kimi, Rusiyanın “Ru TV” kanalında mənim klipim yayımlanır. İnşallah, may ayında Avropaya klip çəkdirmək üçün gedirəm. Yəqin ki, Rəhim Rəhimlinin mahnılarına müraciət edəcəyəm. Çünki onun mahnıları insanlara daha yaxındır. Oxuyacağım mahnını artıq Rəhim Sevda xanımla birlikdə oxuyub. Ancaq mən mahnını tək oxuyacam. Ümüd edirəm ki, uğurlu alınacaq.

“Əgər versəydi o zaman biz niyə gedib xaricdə özümüzə klip çəkdirək?”

-Mahnıya hansı ölkədə klip çəkdirəcəksiniz?

Bu mahnıya İtaliyada və Fransada klip çəkdirəcəm. Mahnının hər kəs tərəfindən mənim ifamda seviləcəyinə inanıram. Klipi alman rejissor çəkəcək və bu klip “Ru TV”yayımlanacaq.

-Sizcə, bizdə peşəkar rejissor yoxdur ki, almaniyalı rejissorlara müraciət edirsiniz?

Yox, peşəkar rejissorlarımız var. Sadəcə lazımi texnologiya yoxdur.

-Bizim rejissorlar deyirlər ki, müğənnilərimiz xaricilərə verdikləri pulu bizə versələr daha yaxşı kliplər çəkərik. Siz bu fikirlə razısınızmı?

Xeyir, razı deyiləm. Eyni keyfiyyəti vermir. Əgər versəydi o zaman biz niyə gedib xaricdə özümüzə klip çəkdirək? İstər işıq, istər geyim, istərsə də digər texniki aparatlar vasitəsi ilə ortalığa çox böyük fərq çıxır. Bilirsiniz, xalqı onun mədəniyyətinə görə tanıyırlar. Biz də mədəniyyət adamıyıq. Əgər mən qeyri-peşəkar bir iş ortaya çıxartsam, o zaman xaricdə deyəcəklər ki bunların peşəkarlığı budur. Ona görə də, bizim üzərimizə çox böyük məsuliyyət düşür.

- Yenidən Rusiya şou-biznesinə qatılmaq fikriniz varmı?

Rusiya səhnəsində azərbaycanlı müğənnilərin az olması məni narahat edir. Orada bizim mahnılara çox böyük ehtiyac var. Məndə çalışırdımki, bu boşluğu doldurum.

“Soyu-kökü bizdən olmayan milləti təəccübləndirmək məndə alınır”.

-Sizcə bizim indiki müğənnilərimizi qonşu Türkiyədə tanıyırlarmı?

Xeyir, tanımırlar. Mənim özüm üçün Rusiya şou-biznesi daha maraqlıdır. Çünki Türkiyə ilə dilimiz çox yaxındır. Buna görə, insanları təəccübləndirmək çox çətindir. Soyu-kökü bizdən olmayan milləti təəccübləndirmək məndə alınır.

-Nadir bəy, sponsorunuz var?

Xeyir, yoxdur. Neynəmək olar ki, dünyaya qadın olaraq gəlməmişəm (gülür). Toylardan qazandığım qonararla özüm-özümü maliyyələşdirirəm.

“Toya 8 min manata, yarım saatı isə 3 min manata gedirəm”

-Toya neçəyə gedirsiniz?

Hazırda qarşıma bir məqsəd qoymuşam. Məqsədim toya pulsuz getməməkdir. Çünki vaxtında çox toylarda pulsuz oxumuşam. Düşünürəm ki, əgər mən özüm-özümə dəyər verə bilməsəm heç kəs mənə dəyər verməz. Sualınıza gəldikdə isə, toya 8 min manata, yarım saatı isə 3 min manata gedirəm. Məncə hələ bu da az məbləğdi. Çünki bu qədər üstümdə işləyirəmsə, qazandığımı sənətimə xərcləyirəmsə o zaman niyə az qiymətə oxumalıyamki?

-8 martda həyat yoldaşınıza nə hədiyyə etdiniz?

Həyat yoldaşıma hər həftə hədiyyə alıram. Qadın gözəl olsa da, ona gözəllik qatan qızıl-ziynət əşyalarıdır. Hərdən ona gül alanda deyirəm ki, “qoy bu güllər sənin gözəlliyini görüb utansın”. Əslində onun qızıldan, daş-qaşdan elədə xoşu gəlmir. Ən çox bijuteriyalardan xoşu gəlir.

“Bu xasiyyətimə görə bəli, şou-biznesin əjdahasıyam”

-Siz özünüzü şou-biznesin əjdahası hesab edirsiniz?

İnsanın əməli ətrafa od püskürməlidir. Bu xasiyyətimə görə bəli, şou-biznesin əjdahasıyam.

-Səhnədə özünüzə rəqib görürsünüz?

Faiq Ağayevi özümə rəqib bilirəm. Həmişə öz üzərində çalışan bir sənətçimizdir. Ümumiyyətlə bizim səhnədə öz üzərində çalışan çox az kişi müğənni var.

-Elə bir sənətçi dostunuz varmı deyəsiniz ki, o orada çıxış etsə mən gəlməyəcəyəm.

Yox elə bir şeyi tələb etmərəm. Çünki vaxtında mənə çox qadağalar qoyulub.

-Sonda sizə sənətinizdə uğurlar arzu edirik. Arzu edirik ki, hər zaman sənətinizdə qarşınızda yaxşı insanlar çıxsın.

Təşəkkür edirəm.

Güləsər Qasımova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb