Nadir Qafarzadə Niyaməddin Musayevdən halallıq aldı - VİDEO
MAQAZİN
11:48 19.12.2014
1653
Müğənni Nadir Qafarazadənin bu gün yaradıcılığındakı yeniliyi təqdim edib.AZXEBER.COM-a açıqlama verən ifaçı bildirib ki, o, bu dəfə xalq artisti Niyaməddin Musayevin illər öncə ifa etdiyi “Süzmək olmaz” adlı bəstəni oxuyub: “Yeni mahnım xalq artisti Niyaməddin Musayevin repertuarındandır. Mahnını oxumadan öncə Niyaməddin müəllimlə danışıb, razılıq aldım. Halallığını verdi. Dedi ki, “Oxu”. Mən də oxudum. Bəyənib, bəyənilmədiyini dəqiq deyə bilmərəm. Yaxşı ifa etdiyimi düşünürəm. Amma hər halda mahnıya ən son qiyməti dinləyicilər verəcək”.