Könül Kərimova canlı efirdə maraqlı açıqlaması ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, əməkdar artist həmkarı Nadir Qafarzadə ilə bağlı illər əvvəl yaşananları bölüşüb.
Sənətçi bildirib ki, bir vaxtlar Nadir Qafarzadə toy məclislərində onunla birlikdə çıxış edib və "oğlan oxuyanı" kimi məclislərə qatılıb. Onun sözlərinə görə, toylarda tez-tez Nadirə görə təşəkkür ediblər və ifası yüksək qiymətləndirilib:
"Həmişə onunla toya gedəndə, Nadirə görə mənə təşəkkür edirdilər. Onun ifasını çox tərifləyirdilər".










































