Nadir Qafarzadə qaşını aldırmasından danışdı - VİDEO

MAQAZİN
15:15 22.09.2014
4746
Müğənni Nadir Qafarzadə qaşlarını aldırması və dodağına silikon vurdurması ilə bağlı gəzən söz-sözbətlərə cavab verdi.Yerli şoubiznesin cırtqoz müğənnisi kimi tanınan Qafarzadə bu dəfə də özündən çıxdı.Populyar ifaçı ANS TV-nin "Şoubiz+" verilişinə müsahibəsində şayiələri inkar etdi: "Deyirlər ki, mən qaşımı alıram. Bu söz-söhbətlər məni həmişə düşündürür. Bəlkə də çoxları buna görə narahat olmaz, amma mənim üçün elə-belə şey deyil. Düzdür, mənim də çox vecimə deyil. Bu mənim həyatımdı, qaşımı aldım, saçımı aldım, üzümü aldım və sairə".İfaçı bu sözlərdən sonra operatordan qaşlarını yaxından çəkməyi xahiş edir və "Gördüz ki, mən qaşımı almıram. Mənim üzümdə hələ silikon, gel yoxdur. Amma dodaqlarımda... öz dodaqlarımdı. Nolub ki, dodaqlarıma? Normal dodaqlardı. Sadəcə mən üzümə, ümumiyyətlə bütün bədənimə qulluq edirəm. Mən müğənniyəm, traktorçu deyiləm."Müğənni mentalitet sözündən iyrəndiyini də dedi: "Mentalitet sözünü eşidəndə ətim tökülür. O heç bizdə yoxdur. Baxırsan camaat lüt, alt paltarı ilə gəzir. Əvvəl şortik idi, indi "tumuş" olub. Qızlar göbəyiaçıq geyinir. Küçədə gəzməyə utanıram. Gülən olmasa, topik köynəyi də geyinməzlər. Artıq susun. Mentalitet, qeyrət, namus, bakirəlik, paklıq sözləri lazım deyil. Tər-təmiz Ramiz hamamın yanında yaşayır."
OXŞAR XƏBƏRLƏR