Nadir Qafarzadə səhnədən gedə bilər

MAQAZİN
00:26 31.01.2013
1660

Azərbaycan estradasının tanınmış ifaçısı Nadir Qafarzadənin səhhətində ciddi problem yaranıb.

Telekanalların birində açıqlama verən müğənni onurğa sütununda yaranan problemdən söz açıb: “Onurğa sütunumda çat yaranıb. Həkimlərin dediyinə görə, olduqca güclü zərbə almışam, ya da ki, əsəbdən problem yaranıb. Ağrıları iki ay bundan qabaq hiss etməyə başladım. Bəlkə də belimdə problem çoxdan varimiş. Artıq bel ağrılarımı ayaqlarımda da hiss etdikdən sonra həkimə müraciət etməli oldum və Ukraynaya gedərək müalicə aldım. Hazırda müalicəmi Bakıda davam etdirirəm. Həkimlər mənə dedilər ki, bu xəstəliklə zarafat etmək olmaz. Odur ki, mənə cərrahiyyə əməliyyatı təklif etdilər. Ancaq mən razılaşmadım. Çünki şikəst olmaqdan qorxuram”

//SIA

OXŞAR XƏBƏRLƏR