Nadir Qafarzadə yenə danışdı: "Qurban olaram Azərbaycan toylarına!"
ŞOU-BİZNES
16:21 12.11.2011
1849
Qalmaqallı açıqlamaları ilə sön günlərin gündəmində olan müğənni Nadir Qafarzadə daha bir bəyanatla çıxış etdi. Müğənni müsahibəsində yerli mətbuatın yazdığı kimi heç də Rusiya şou-biznesinə qatılmaq niyyətində olmadığını söylədi:"Düzdür, mən kliplərimin Rusiya telekanallarında yayımlanmasını istəyirəm. Amma bu o demək deyil ki, mənim məqsədim Rusiya şou-biznesinə qatılmaqdır. Mənə öz toylarımız da bəs edir. Qurban olaram Azərbaycan toylarına!"