Tanınmış müğənni Nadir Qafarzadə yeni klipinin təqdimatını keçirib.
AZXEBER.COM-un məlumatına görə, “Pardon” adlı mahnının sözləri Səyyarə xanıma, musiqisi Fərid Kərimliyə məxsusdur.
Klipin çəkilməsində isə bilavasitə rusiyalı rejissor Yakov Plotkin iştirak edib. Klip Rusiyanın Moskva şəhərində çəkilib. Nadir Qafarzadə burada 2-ci Nikolay obrazını da canlandırıb. Klipdə Nadirin xarici xanımla yaxın münasibətdə olması öpüşmə səhnəsi və digər fraqmentlərlə təsvir edilib.