Nadir Qafarzadədən Flora Kərimovaya mesaj: 'Çörəyi verib sonra bunu başıma vurmaq lazım deyil'
MAQAZİN
14:32 28.02.2013
2162
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Nadir Qafarzadə deyib. Müğənni illər öncə xalq artisti Flora Kərimova ilə birgə oxuduqları “Darıxmışam” mahnısı ətrafında yaranan qalmaqaldan danışıb: “Xalq artisti Flora Kərimova deyir ki, Nadirin əlini çörəyə çatdırdım, amma mən 2004-cü ilə qədər də kifayət qədər tanınırdım. Nadirə səsi heç kim verməyib və o, Flora Kərimova ilə duet oxumamışdan əvvəl də Nadir idi. Sadəcə bu bir təkan oldu və o mənə sənətdə irəliləməyimə yardım etdi. Çörəyi verirsənsə də, onu hər dəfə həmin adamın başına vurmaq olmaz. Ona qalsa mən də çox şey etmişəm”. Mahnının bəstəkarı İmruzə Hüseynovadan da gileylənən Nadir incikliyini dilə gətirib: “Bu mahnı haqqında danışanda İmruzə xanım məni tamam unudur və yalnız Flora xanımın adını çəkir , amma onu demək istəyirəm ki, klipi çəkirən, təqdimat edən mən olmuşam. Bunu hər kəs bilir”.Digər duet ortağı xalq artisti Elmira Rəhimovadan da danışan ifaçı : “ Elmira xanım o qədər gözəl insandır ki, nə vaxtsa Nadirin əlini çörəyə çatdırdım deyə biləcəyinə inanmıram” – deyə vurğulayıb.