Təxminən bir neçə gün öncə “Pardon” mahnısını lentə alan Nadir Qafarzadə yenə iş başındadır. Deyəsən, müğənni yaz fəslini çox xoşlayır. Əgər belə olmasaydı o, ikinci klipini də yaz fəslində çəkmək istəməzdi.Müğənni bildirib ki, Türkiyədə Mustafa adlı rejissora klip çəkdirmək fikri var: “O, Türkiyədə İradə İbrahimova üçün də klip çəkib. Mənə kliplərini göstərdi və çox xoşuma gəldi. Onlar daha çox rəngli kliplərə yer verirlər. Bu klipimiz də yəqin ki, fərqli olacaq. Mahnı Gövhər xanım tərəfindən olacaq, sözləri hələ bilmirəm, kimə aid olacaq. Bu bizim Gövhər xanımla olan bir proyektimizdir”.