Nadirdən gözlənilməz sözlər: "Sıra məndədir, cənnətdə görüşərik"

Nadirdən gözlənilməz sözlər: "Sıra məndədir, cənnətdə görüşərik"
MAQAZİN
12:43 27.04.2021
29983
Nadir Qafarzadə ötən gün dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfov haqqında sosial şəbəkə hesabında təsirli paylaşım edib. 

AZXEBER.COM xəbər verir ki, müğənni Baloğlan Əşrəfov haqqında bunları yazıb:

"Bu da son...Ömürün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu çox... "Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" səni də apardı, tufanlar, sənətkar.

Heç inanmaq istəmirəm, nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndə, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".
OXŞAR XƏBƏRLƏR