Nadirdən ‘Nasıl geçti habersiz’ - VİDEO

MAQAZİN
14:21 18.09.2013
1344

Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadədən yeni xəbər var.

AZXEBER.COM-un məlumatına görə, ifaçı sentyabrın 13-də Yaşıl Teatrda verdiyi solo konsertində eksklüziv ifa etdiyi qədim Türk “Nasıl geçti habersiz” mahnısını yeni aranjemanda yazdıraraq, repertuarına daxil edib. Kompozisiyaya yeni nəfəs qatan ifaçı mahnını artıq bu gündən Youtube kanalında dinləyicilərin ixtiyarına verib. Bu mahnı FM-lərdə də eşidiləcəyi nəzərdə tutulub.

İfaçı “Nasıl geçti habersiz” mahnısının onun ifasında da daha da seviləcəyinə əmin olduğunu deyib.

Qeyd edək ki, “Nasıl geçti habersiz” adlı qədim Türk mahnısını Türkiyənin bir çox tanınmış sənətçilərinin Belkis Özener, Emel Sayın, Zeki Müren, Muazzez Ersoy, Hakan Pekər və başqaları ifa ediblər.

OXŞAR XƏBƏRLƏR