Nağdsız əməliyyatların əhatə dairəsi genişlənir - VİDEO

SOSİAL
10:03 26.11.2021
130
Növbəti ildən bir sıra əməliyyatların nağdsız formada aparılması nəzərdə tutulur. Bununla bağlı gələn ilin büdcə zərfi çərçivəsində "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik edilməsi planlaşdırılır.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, pərakəndə satış zamanı bir əməliyyat çərçivəsində 4 min manatdan, həmçinin tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlərin nağdsız qaydada aparılması təklif edilir. Bundan başqa, ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər də nağdsız olacaq. Eyni zamanda məbləği 3 min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişlərinin də nağdsız həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edilən dəyişikliklər vətəndaşlarda əlavə çətinlik və inzibati yük yaratmayacaq. Məqsəd şəffaflığı təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin idarə rəisi Rəşad Nuriyev qeyd edib ki, sahibkarlıq subyektlərinin xidmət göstərdikləri sahələrdə post terminal quraşdırmaları məcburidir. Sahibkar əgər POS- terminal quraşdırmırsa və ya POS-terminalla ödənişdən imtina edirsə, bu zaman onun məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. O həmçinin bildirib ki, təklif edilən dəyşikliklər əlavə dəyər vergisinin qaytarılması sisteminə də müsbət təsir edəcək.

Qeyd edək ki, növbəti ilin yanvar ayının 1-dən etibarən tibb müəssisələrində tibbi xidmətlər alan istehlakçılara ƏDV-nin bir hissəsi geri qaytarılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR