Naftalan idmançıları Dünya kubokunda qələbə qazandılar - FOTOLAR

Naftalan idmançıları Dünya kubokunda qələbə qazandılar - FOTOLAR
SOSİAL
17:37 05.07.2021
814
29 iyun - 02 iyul tarixlərində Ukraynanın Koblevo şəhərində təşkil edilən Yeniyetmə, gənclər və böyüklər arasında, Universal döyüş növləri üzrə Dünya kubokunda Azərbaycan yığma komandası 24 idmançı ilə təmsil olunurdu. Onlardan 2 nəfəri Qurbanov Sadiq Nadir oğlu və Əmirov Amid Şirazi oğlu Naftalan şəhər UGİM-in yetirmələridir.

Naftalan şəhərində böyük alqışla qarşılanan idmançılar ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin adına ucaldılmış Memorial xatirə kompleksini ziyarət edib, gül dəstələri düzərək ruhlarını böyük ehtiramla yad ediblər.

Şəhərimizi təmsil edən Sadiq Qurbanov "light” versiya üzrə 55 kq çəki dərəcəsində II yeri tutaraq gümüş medala, "classic” versiya üzrə III yeri tutaraq bürünc medala, Amid Əmirov isə "light” versiya üzrə 66 kq çəki dərəcəsində III yeri tutaraq bürünc medala sahibləniblər.

Qeyd edək ki, Sadiq Qurbanov Vətən müharibəsinin ilk günü erməni vandalları tərəfindən Naftalan şəhərinin Qaşalt-Qaraqoyunlu kəndinə atılmış top mərmisi nəticəsində 5 ailə üzvünü-anasını, qardaşını, nənəsini, babasını və əmisi qızını itirmişdir.

İdmançılarla görüşən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov onları təbrik edərək vurğulayıb ki, hər sahədə olduğu kimi bütün bu uğurlar və nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan idmanına, idmanın inkişafına və gənclərin sağlam gələcəyinə böyük qayğısının təzahürüdür.

Sonda idmançılara və məşqçiyə İcra hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Ümumilikdə həmin yarışda ölkəmizə 8 qızıl, 2 gümüş, 9 bürünc medal həmçinin, II və III yerlərin qalibi olaraq 3 kubok gətirilib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir