Naftalan sakinləri “patı” ilə tutuldu - Foto

KRİMİNAL
10:01 30.07.2021
648
Naftalan sakinlərindən "patı” götürülüb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

Oların üzərində şəxsi axtarış keçirilən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR