Naftalan sakinləri yeniyetmə Şəhriyar və Fidanın şəhid olmalarının 7-ci günüdür

Naftalan sakinləri yeniyetmə Şəhriyar və Fidanın şəhid olmalarının  7-ci günüdür
SOSİAL
18:46 04.10.2020
841
  Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən oğul və qızlarımızın arasında 1990-cı illərdən məktəblilər də olmuşdur. Şəhidlik zirvəsinə yüksələcəkləri ağıllarına belə gəlməyən, günlərini məktəbli dostları ilə xoşbəxt keçirən yeniyetmə balalarımız Fidan və əmisi oğlu Şəhriyar 27 sentyabrda erməni-faşistlərinin Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndini ağır artilleriyadan atəşə tutanda belə onlar kiçik ürəklərində böyük vətən sevgisi ilə öz doğma torpaqlarını tərk etməmişlər.
 
Onlar sanki öz babasına, nənəsinə sığınmaqla düşmənə meydan oxuyur, heç nədən qorxmurlar. Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinifində oxuyan Şəhriyar Qurbanovun və əmisi qızı həmin məktəbin IX sinifində oxuyan Fidan Qurbanovanın qönçə ömrü düşmənlərimizin atdığı mərmi ilə yarımçıq qaldı.

Yaşının az olmasına baxmayaraq balaca Şəhriyarın kiçik ürəyində böyük vətən sevgisi  lap kiçik yaşlarından bəlli imiş. Müəllimlərinin sözlərinə görə bu balaca qəhrəman hər zaman vətənpərvərlik mövzusunda yazdığı inşalarla sinif yoldaşlarından fərqlənərmiş. Məktəbin ictimai işlərində tədbirlərdə öz fəallığı ilə seçilərdi.  Şəhriyar kiçik cüssəli bədəninə hərbi formanı geyinib hərbçiyə xas duruşu ilə tədbirlərdə yer alardı. Naftalan şəhərinin Naftalan şəhərinin Uşaq Musiqi Məktəbinin qarmon ixtisası üzrə 4-cü sinif şagirdi  Şəhriyar müəllimlərinin öyrətdiyi vətənpərlik mahnılarını çox düzgün və səlist şəkildə qarmonun dili ilə çatdırardı. Məktəbin "Vətənpərvərlər” qrupunun üzvü olan Şəhriyar bir neçə tədbirlərdə, müsabiqələrdə  iştirak etmiş, o cümlədən aprel döyüşlərində qəhrəmancasına şəhid olan kapitan Vaqif Bayramovun xatirəsinə  həsr olunmuş "İntiqam gününə az qalıb daha "adlı kompazisiya xüsusilə münsiflər heyətinin diqqətini cəlb etmiş və  "Vətənpərvərlər” qrupu müsabiqədə 1-ci yerə layiq görülmüşdür.
 
Şəhriyarın hərbi vətənpərliyi və milli şüura bağlı olması bu ğün həyatda olmayan Afaq ananın verdiyi vətənpərvərlik tərbiyəsinin təcəssümüdür.
Şəhriyar həmçinin futbola çox böyük həvəsi olduğundan Respublika U-11 futbol komandasında fəal iştirak etmişdir. FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) 13 yaşlı Şəhriyarın şəhid olması ilə əlaqədar baş sağlığı ünvanlayıb və dərindən kədərləndiyini bildirmişdir.
         
O müdhiş an -27 sentyabr 2020-ci il tarixi  saat 18:00 radələri körpə Şəhriyar və Fidanın  həyatlarının sonu  oldu.Bu faciəli ölüm həmdə babaları Elbrus Qurbanovun, nənələri Şəfayət Qurbanovanın, Şəhriyarın  anası- Afaq Əmirovanın da həyatına son qoydu. Eyni anda dəhşətli faciə baba-nənə sevgisini,ana sevgisini göz qırpımında məhv etdi. İndi körpələrin təhsil aldıqları məktəbin şagirdləri onların yolunu həsrətlə gözləyir, onların ölümünə inana bilmirlər, bəlkədə gəldilər deyirlər. İllər keçəcək, nəsillər dəyişəcək lakin düşmən mərmisindən şəhid olan bu körpələrin xatirəsi daim ürəklərdə yaşayacaq və onlar heç vaxt unudulmayacaqlar.Xalqımızın qəlbində Şəhriyar  13 yaşlı, Fidan isə 14 yaşlı  məktəbli kimi əbədi qalacaqlar.
Nə biləydilər xain düşmən mərmisi bu körpə balanı ömrünün bu çağında haqlayacaq. Onlar ölümün nə olduğunu bəlkədə tam mənasıyla anlamırdırlar. Şəhidlik zirvəsi heç ağıllarına belə gəlməzdi. Günlərini məktəb yoldaşları , dostları ilə xoşbəxt keçirən bu balaca uşaqların kiçik ürəklərindəki böyük vətən sevgisi onları həmin gün ölümlə üz-üzə qoydu.
 
Allah əzizlərinə səbr versin və ALLAH rəhmət eləsin!
Qarabağ –Azərbaycandır!
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR