“Naftalan Sağlamlıq Mərkəzi” MMC aztəminatlı ailələrə yardım etdi - FOTOLAR

“Naftalan Sağlamlıq Mərkəzi” MMC aztəminatlı ailələrə yardım etdi - FOTOLAR
SOSİAL
17:36 21.04.2020
1222
Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan "Naftalan Müalicə Sağlamlıq Mərkəzi” MMC bu günlərdə birlik, nümayiş etdirib.

AZXEBER.COM xəbər verir ki, 15 ildən artıqdır Naftalan şəhərində fəaliyyət göstərən "Naftalan Müalicə Sağlamlıq Mərkəzi” MMC turistlərə göstərdiyi müalicə və göstərdiyi digər xidmətlərə görə nəinki ölkəmizdə, həmçinin, xarici ölkələrdə də tanınır.

Şəhər İcra Hakimiyyətinin və "Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox tənha yaşayan, aztəminatlı, qayğıya ehtiyacı olan ailənin ünvanına çatdırılıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcədə, ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər
 
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR