Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir

SOSİAL
22:49 26.07.2021
256
Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.

Bu məqsədlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.

Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq.

Dövlət proqramları əsasında həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün respublikamızın bütün regionlarında sosial-iqtisadi inkişafa, tərəqqiyə nail olunur. Bu isə ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlığının daha da artırılmasına xidmət etmiş olur.

Bu gün respublikamızın ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin dayanıqlı elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının tam ödənilməsi ilə bağlı əsaslı işlər görülür, rahat və geniş yollar salınır, ölkə üzrə hər il yeni və müasir standartlara cavab verə biləcək səviyyədə təhsil ocaqları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri, idman kompleksləri tikilərək vətəndaşların istifadəsinə verilir.

Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağını dəfələrlə diqqətə çatdırıb: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edib: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".

Azərbayanın tibbi turizm mərkəzlərindən olan Naftalan şəhəri günü-gündən gözəlləşir və inkişaf edir. Şəhərdə yeni sanatoriyanın açılması şəhərin turizm potensialını günbəgün artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunur və artıq 10-dan artıq müalicə mərkəzləri hotellər fəaliyyətdədir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Aztv-yə müsahibəsi zamanı vurğulayıb: "Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır”.

Bugünədək əldə edilmiş nəaliyyətlər, qazanılmış uğurlar əsaslı ümid və əminlik verir ki, başlanılmış inkişaf tədbirlərinin məntiqi davamı olaraq növbəti illərdə də Dövlət proqramı çərçivəsində görüləcək genişmiqyaslı işlər regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərməklə ölkə iqtisadiyyatının daha da dayanıqlı və dinamik inkişafına səbəb olacaqdır.

Naftalan şəhər sakini Aynurə Novruzova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı