Naftalan şəhərində növbəti monitorinq keçirildi - FOTOLAR

Naftalan şəhərində növbəti monitorinq keçirildi - FOTOLAR
SOSİAL
18:18 02.07.2020
1526
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

AZXEBER.COM xəbər verir ki, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərin icrası və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlər davam etdirilir, dezinfeksiya və maarifləndirici tədbirlər mütəmadi olaraq aparılır.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Polis şöbəsinin rəisi, Naftalan Bələdiyyəsinin sədri və Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru şəhər ərazisində karantin rejiminin tələblərinə riayət edilməsi və icrası vəziyyəti ilə yaxından tanış olub, sakinlərlə profilaktik söhbətlər edib, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi bir daha xatırlanıb. Rejimə əməl etməyən iki obyekt sahibinə ciddi və son xəbərdarlıq edilərək aidiyyəti qurumlar tərəfindən inzibati qaydada cərimə tətbiq olunub.

Həmçinin İctimai-iaşə obyektlərində, bərbərxanalarda, kafe və restoranlarda, banklarda və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların sanitariya-gigiyena normalarına və qaydalarına, eləcə də dezinfeksiya rejiminə ciddi əməl edilməsinin vəziyyəti ilə də tanış olunub.

Əlavə olaraq apteklərə baxış keçirilib. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, kifayət qədər qoruyucu vasitə və dezinfeksiyaedici məhlullar ehtiyyatda var.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi