Naftalan şəhərində prospekt və küçələr asfaltlanır - FOTOLAR

Naftalan şəhərində prospekt və küçələr asfaltlanır - FOTOLAR
SOSİAL
12:49 21.05.2021
1180
Naftalanda genişmiqyaslı təmir, tikinti və abadlıq işləri həyata keçirilir. Hazırda şəhərin əsas küçə və prospektlərinin asfaltlanmasına başlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən şəhərin Heydər Əliyev prospektində, Habil Əliyev və İslam Həsənzadə küçələrində yolun köhnə asfalt örtüyü qaşınıb, yol yatağının hamarlanması və bərkidilməsi işləri başa çatdırılaraq prospekt və küçələrin asfaltlanmasına başlanılıb.

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov görülən işlərlə yerində tanış olub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR