Naftalan şəhərində “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü” yad edilib

Naftalan şəhərində “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü” yad edilib
SOSİAL
12:40 26.02.2021
1157
Azərbaycan tarixinin faciəli səhifəsi olan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü böyük ehtiramla yad edildi.
 
AZXEBER.COM xəbər verir ki, XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Faciə qurbanlarının anım günü ilə əlaqədar olaraq Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri "Xatirə kompleksi”ni ziyarət edib, karantin rejiminin qaydalarına riayət etməklə ərazi bütövlüyümüz uğrunda canından keçən vətən oğullarının abidəsi önünə gül dəstələri düzüblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə əlaqədar şəhərin ərazisində dövlət bayraqları endirilib.
 

 


OXŞAR XƏBƏRLƏR