Naftalan turistləri qarşılamağa hazırlaşır - FOTOLAR

Naftalan turistləri qarşılamağa hazırlaşır - FOTOLAR
SOSİAL
12:39 09.05.2020
1156
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib.
 
AZXEBER.COM xəbər verir ki,respublikamızın bəzi şəhər və rayonlarında karantin rejiminin yumşaldılmasından sonra, Naftalan şəhərinin estetik gözəlliyinin bərpası və kurort iqliminin yaxşılaşdırılması ilə əlaqədar yaşıllaşdırma işlərinə başlanılıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın işçiləri tərəfindən şəhərin Bayraq Meydanında, Şirvan prospektində oleander və eldar şamı ağacları, çoxillik bəzək gülləri, ümumilikdə 1000-ə yaxın ağac, kol və güllər əkilib. 

Şəhər sakinlərinin, həmçinin şəhərə gələn yerli  və xarici turistlərin məmnunluğunun təmin edilməsi üçün şəhər ərazisində, parklarda  yaşıllaşdırma işləri mütəmadi olaraq davam etdiriləcəkdir.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR