Naftalanda "2 fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirildi - FOTOLAR

Naftalanda "2 fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirildi - FOTOLAR
SOSİAL
15:32 01.02.2021
685
Naftalan Şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər Təşkilatının və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "2 fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, şəhər rəhbəri, YAP Naftalan şəhər Təşkilatının sədri, Gənclər və İdman İdarəsinin rəisi, ŞİHB-nın müavini və könüllülər Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Azərbaycan dövlətinin banisi, Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi və əbədiyaşar rəhbərə sonsuz ehtiramlarını bildiriblər.

Sonra 2020-ci il "Könüllülər ili” çərçivəsində könüllülük fəaliyyətində aktiv iştirakına görə bir qrup gəncə YAP Naftalan şəhər təşkilatı tərəfindən diplom və hədiyyələr təqdim olunub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR