Naftalan rayonunda avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyan vuraraq öldürüb.
AZXEBER.COM xəbər verir ki, Report-un Qərb bürosunun məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən avtoyuma məntəqəsində baş verib.
Belə ki, avtoyuma məntəqəsində avtomobil yuyan, hələlik kimliyi açıqlanmayan, Xocalı rayonundan məcburi köçkün olan orta yaşlı kişini cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.