Naftalanda gənc idmançılara idman geyimləri, toplar hədiyyə edildi - FOTOLAR

Naftalanda gənc idmançılara idman geyimləri, toplar hədiyyə edildi - FOTOLAR
SOSİAL
17:37 20.02.2023
876
Naftalan Şəhər İcra Hakimiyyətinin və AFFA-nın birgə təşkilatçılığı ilə şəhərdə gənc idmançılarla görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Millət vəkilləri Anar Məmmədov, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Arzu Nağıyev iştirak edib. 
 
Görüşdə icra başçısı qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu idman və gənclər siyasəti sağlam gələcəyin formalaşmasında vacib rol oynayır. Bu gün bu siyasətin nəticəsidir ki, digər sahələr kimi, ölkəmiz idman sahəsində də çoxsaylı uğurlar əldə edib, dünyada idman ölkəsi kimi tanınır. Həmçinin, ölkə başçısının 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə insanların sağlamlığı və bütövlükdə idmanın inkişafı üçün verdiyi tapşırıq və tövsiyələrə əsasən ŞİH tərəfindən əhalinin fiziki aktivliyini təmin etmək məqsədilə parklarda müxtəlif idman qurğularının quraşdırıldığını vurğulayıb. 
Millət vəkili Rauf Əliyev layihənin uğurla həyata keçirildiyini və minlərlə uşaq və yeniyetmələrin cəlb olunduğunu bildirib.
Millət vəkili Anar Məmmədov "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinə əsasən tədbirlərin keçirilməsinin Naftalanda da idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib. Millət vəkili Arzu Nağıyev vurğuladı ki, bu layihə dövlət başçısının 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 
 
Layihə çərçivəsində tədbirdə iştirak edən 40 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib.Görüşün sonunda gənc futbolçular və məşqçilərlə birgə simvolik oyun keçirilib.
 
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmana maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı