Naftalanda genişmiqyaslı ekoloji tədbirlər davam etdirilir -FOTOLAR

Naftalanda genişmiqyaslı ekoloji tədbirlər davam etdirilir  -FOTOLAR
SOSİAL
16:15 01.04.2022
1294
Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlər - yaşıllaşdırma işləri Naftalanın estetik görünüşünə də öz töhfəsini verməkdədir. 
Hazırda şəhərin bütün xiyaban və parklarında yaşıllaşdırma, gül kollarının budanması və gübrələnməsi işləri aparılır. Mövsümə uyğun olaraq parkların ərazisində budanmağa ehtiyacı olan ağaclar da budanır, ağacların aqrotexniki qaydalara uyğun olaraq əkini və saxlanılması üçün münbit şərait yaradılır.
Şəhərin müxtəlif ərazilərində, yol kənarlarında, parklarda yeni ağaclar, dekorativ gül kollarının əkilməsi işləri davam etdirilir. Bu da səliqəsi və təmiz havası ilə seçilən  şəhərimizə gələn turistlərin məmnunluğuna səbəb olur.  
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR