Naftalanda imtiyazlı ailələrin sosial problemlərinin həlli istiqamətində tədbirlər görülür - FOTOLAR

Naftalanda imtiyazlı ailələrin sosial problemlərinin həlli istiqamətində tədbirlər görülür - FOTOLAR
SOSİAL
15:47 24.09.2020
578
Ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin qayğısı ilə əhatə olunur. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyeva hər an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.

AZXEBER.COM xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətin başçısı Vüqar Novruzovun və Millət vəkili Anar Məmmədovun dəstəyi ilə daha bir şəhid ailəsinin müraciəti əsasında ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülmüş, yaşadıqları fərdi yaşayış evinin dam örtüyü yenilənmişdir.

Bu gün şəhər rəhbəri və Millət vəkili şəhid İsa Məmmədovun ailəsinin yaşadığı evdə olub, görülən işlərlə, eləcə də ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Görülən işləri, eləcə də göstərilən diqqət və qayğını razılıq hissi ilə qeyd edən şəhidin bacısı Rəna Məmmədova qaldırılan məsələyə qısa bir vaxtda baxılmasına görə onlara minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısının Naftalanda öz real əksini tapdığını qeyd edən şəhidin bacısı hər zaman dövlətinə arxalandığını vurğulayıb.

Daha sonra Qarabağ müharibəsi əlili Yaməddin Dəmirovun müraciəti ilə əlaqədar onun yaşadığı evə baş çəkilib, ailənin şəraiti ilə yaxından tanış olunub və mənzil şəraitlərindəki problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ölkə rəhbərinin qayğısının bariz nümunələrindən biri də məhz, hazırda şəhər ərazisində 10-dan artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi yaşayış evlərinin inşası işlərinin aparılmasıdır
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı