Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib.
AZXEBER.COM xəbər verir ki, görüşdə ŞPŞ-nin rəisi Zaur Bədəlov, ŞİH-in məsul əməkdaşları, Bələdiyyə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlərin müraciətləri tək-tək dinlənilib. İşlə təminat, çoxmənzilli yaşayış binasında təmir işlərinin aparılması və digər məsələlər vətəndaş müraciətlərinin əsasını təşkil edib.
İcra başçısı sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.