Naftalanda pandemiya əleyhinə tədbirlər davam edir - FOTOLAR

Naftalanda pandemiya əleyhinə tədbirlər davam edir - FOTOLAR
SOSİAL
13:04 12.08.2020
5792
Kurort şəhəri Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədinə yönəldilmiş qabaqlayıcı tədbirlər davam etdirilir.
 
AZXEBER.COM xəbər verir ki, şəhər ərazisində, o cümlədən sanator-kurort müəssisələrində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılır və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Şəhərin küçə, prospekt və yolları texnikalar vasitəsilə dezinfeksiyaedici kimyəvi məhlulla növbəti dəfə yuyulub. Çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerlərində, binaların həyətindəki söhbətgahlarda, parklarda, ticarət və xidmət obyektlərində, ödəniş terminalları və bankomatlar olan yerlərdə təkrar dezinfeksiya işləri aparılıb.

Həmçinin Naftalanın kurort şəhəri olmasını nəzərər alaraq post-pandemiya dövründə az sayda müalicə alanlara xidmət göstərən sanator-kurort müəssiələrinin də fəaliyyətinə xüsusi olaraq nəzarət olunur. Həmin obyektlərdə mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə birgə maarifləndirmə işlərinin gücləndirilməsi, sosial məsuliyyət və qaydalara riayət olunmasının vəziyyəti ilə bağlı reydlər keçirilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrası üçün məcburi göstərişlər və tövsiyələr verilir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR