Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR
SOSİAL
19:23 08.10.2022
3032
Oktyabrın 8-də Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, "PMD Hospitality”nin tərəfdaşlığı ilə Naftalanda beynəlxalq elmi konfrans işinə başlayıb.

"Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsidir.

İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, həmçinin  Memorial Xatirə Kompleksini ziyarət  ediblər. Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirildikdən sonra konfrans açıq elan olunub. 

Açılış nitqi ilə çıxış edən Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, öz ardıcıllığı ilə seçilən və yeni dövrün reallıqlarını özündə ehtiva edən uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın dünya ölkələri arasında böyük nüfuz sahibinə, etibarlı tərəfdaşa və regionda sülhün və stabilliyin qarantına çevrildiyini qeyd edib. O, Naftalanın dünyada unikallığı ilə tanınan müalicəvi turizm potensialı haqqında məlumat verərək hazırda şəhərdə beynəlxalq standartlara cavab verən hotel və sağlamlıq mərkəzlərinin gün ərzində 3400-dən çox insana xidmət göstərmək imkanına malik olduğunu bildirib.  

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad olunan ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri haqqında məlumat verərək Qarabağın zəngin turizm potensialının bölgənin yenidən qurulmasında mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb. 

Emin Hüseynov Qarabağda turizmin müxtəlif növləri üzrə potensialın mövcudluğunu bildirərək vətəndaşların böyük qayıdışının təmin edilməsi, baza ve sosial infrastrukturun yaradılmasının bu potensialın istifadəsində əsaslı rol oynayacağını bildirib. 

Qarabağın hava qapısı hesab olunan Füzuli beynəlxalq hava limanının tikilməsinin bölgənin turizminə töhfə verəcəyini qeyd edən Emin Hüseynov əlavə edib ki, azad edilmiş şəhərlərdə iş imkanlarını təmin etməklə innovasiyaların tətbiqi iqtisadi bərpa və inkişafı hədəfləyir. 

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naftalanın ölkəmiz üçün həm regional turizmin, həm də sağlamlıq turizminin inkişafı baxımından vacib destinasiya olduğunu, son illərdə investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə Naftalanda həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidənqurulması istiqamətində irimiqyaslı işlər aparıldığını qeyd edib. O bildirib ki, Naftalanın müalicəvi turizm üzrə beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün əlavə turizm xidmətlərin təşkil olunması, kurort və yeni sağlamlıq məhsullarının çeşidinin artırılması önəmli məqamlardandır. Naftalanın Suqovuşanda formalaşdırılacaq turizm kompleksinə məsafə baxımından yaxınlığını vurğulayan Fuad Nağıyev Naftalan-Suqovuşan turizm dəhlizinin inkişaf etdirilməsi üzrə layihələndirmə işlərinin aparıldığını əlavə edib.

İki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Ukrayna, Rusiya, Almaniyadan olan turizm, səhiyyə, sanatoriya-kurort sahələrinin mütəxəssisləri, eləcə də dövlət orqanları, hökumət və ictimai təşkilat nümayəndələri iştirak edirlər. 

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini İlqar Qasımov,  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini  Rauf Hacıyev, millət vəkili Anar Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, "PMD Hospitality” MMC-nin baş icraçı direktoru Samir Qurbanov və digər rəsmilər çıxış ediblər. Çıxışlarda ölkəmizin işğaldan azad olunmuş bölgələrində turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının yaradılması, habelə ölkəmizin sağlamlıq və turizm xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini xüsusi vurğulanıb. 

Daha sonra konfrans işini panel müzakirələrlə davam etdirib. İştirakçılar Naftalan neftindən hazırlanmış məhsullarla, o cümlədən dünyada neftlə rəsm çəkən yeganə rəssam Sabir Çopuroğlunun ustad dərsi ilə tanış olublar.

Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI