Naftalanda Şəhid Bəhruz Quliyevin ildönümü ehtiramla anıldı - FOTOLAR

Naftalanda Şəhid Bəhruz Quliyevin ildönümü ehtiramla anıldı - FOTOLAR
SOSİAL
14:27 11.10.2021
893
Naftalan şəhərində Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad olunub.

AZXEBER.COM xəbər verir ki, Naftalan ŞİH başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov və hüquq mühafizə orqanlarının rəhbərləri Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar. Şəhidin ailəsi ziyarət olunub, keçdiyi şərəfli döyüş yolundan söhbət açılmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Quliyev Bəhruz Firuz oğlu (ölümündən sonra) "Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin medalı ildönümü günü atası Firuz Quliyevə təqdim olunub.

Qeyd edək ki, Bəhruz Quliyev 1990-cı il may ayının 9-da Naftalan şəhərində anadan olub. Ailəli idi, iki qız övladı əmanət qalıb
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR