Naftalanda şəhid və qazi ailələrinə töhfə - FOTOLAR

Naftalanda şəhid və qazi ailələrinə töhfə - FOTOLAR
SOSİAL
12:07 02.06.2021
1224
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, "Gold Naftalan” Sanatoriya Kompleksinin dəstəyi ilə sanatoriyanın ərazisində açıq havada şəhid ailələrinin və qazilərin uşaqlarına 1 uyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir təşkil olunub.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanmış, uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, həftənin bazar günləri Naftalan şəhərində yeni fəaliyyətə başlayan "Gold Naftalan” sanatoriya kompleksi şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının uşaqlarını ödənişsiz olaraq kompleksin əyləncə mərkəzində əylənməyə, atraksionlardan, hovuzdan istifadə etməyə dəvət edir.

Tədbir ( COVİD-19) pandemiya qaydalarına uyğun həyata keçirilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR