Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Bəhruz Quluyevin qızı Elayın 7 yaşı tamam olur.
AZXEBER.COM xəbər verir ki, ad günü münasibəti ilə Naftalan ŞİH-nin əməkdaşları şəhidin evində olublar, ŞİH və naftalanlılar adından Elayı təbrik edib, hədiyyələrini təqdim ediblər.
Həmçinin, icra başçısı Vüqar Novruzov şəhidin atası ilə telefon əlaqəsi saxlayıb, ona nəvəsi ilə bağlı xoş arzularını söyləyib, Ali Baş Komandanımız, eləcə də şəhər rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Şəhidin ailəsi şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya, şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

