Naftalanda Ulu Öndərin xatirəsi anıldı - FOTOLAR

Naftalanda Ulu Öndərin xatirəsi anıldı - FOTOLAR
SOSİAL
14:20 12.12.2021
679
Naftalan şəhərində Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları dahi şəxsiyyətin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər.

Bu gün Ulu Öndərin ideyaları yaşayır, Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Ulu Öndər Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR