Naftalanda Vətən müharibəsi şəhidimizin doğum günü qeyd edildi - FOTOLAR

Naftalanda Vətən müharibəsi şəhidimizin doğum günü qeyd edildi - FOTOLAR
SOSİAL
17:55 24.05.2021
878
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyəddin Zöhrab oğlunun ad günü məzarı önündə qeyd olunub.

Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanları, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri ilə birlikdə şəhidimizin məzarı üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxunub.

Həmçinin Vətən Müharibəsi zamanı Qaşaltı Qaraqoyunlu kənd sakinləri olan mülki şəhidlər, Qurbanovlar ailəsinin məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR