Naftalanda yeni istiqamətverici lövhələr quraşdırılıb - FOTOLAR

Naftalanda yeni istiqamətverici lövhələr quraşdırılıb - FOTOLAR
SOSİAL
15:37 03.06.2025
419
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Naftalan kurortunun inkişafında və beynəlxalq səviyyədə tanınmasında mütəmadi olaraq addımlar atılır.
 
AZXEBER.COM xəbər verir ki, həm şəhərdə yaradılan müasir turizm infrastrukturu, həm də unikal-müalicəvi nefti əsasında pasiyentlərin müalicəsində əldə olunan yüksək təsirli nəticələr Naftalanı turistlər üçün daha cəlbedici beynəlxalq turizm mərkəzinə çevirib.

Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin dəstəyi ilə həyata keçirilən sosial layihə - Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi magistral avtomobil yolunun 313-cü kilometrliyindəki körpünün hər iki istiqamətinə uzunluğu 30 metr olmaqla nəfis tərtibatda hazırlanmış istiqamətverici və tanıtım lövhələri quraşdırılıb.
 
Lövhələr Naftalan şəhərinə müalicə və istirahət üçün gələn turistlərə hərəkət, istiqamət, marşrut müəyyənləşdirmə rahatlığını və turizmin inkişafının təşviqini təmin edir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR