Naftalanda Zəfər Günü qeyd edilib - FOTOLAR

Naftalanda Zəfər Günü qeyd edilib - FOTOLAR
SOSİAL
15:32 08.11.2024
1101
Respublikanın bütün bölgələrində olduğu kimi Naftalanda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 noyabr-Zəfər Günü böyük təntənə ilə qeyd olunur.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, tarix elmləri doktoru, professor, "Əməkdar elm xadimi” Solmaz xanım Rüstəmova-Tohidin, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, həmçinin turistlər iştirak edib.

İlk olaraq iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto-eksponatlara, zəfər təntənəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər, həmçinin məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. 

Tədbirdə çıxış edənlər xalqımızı eləcə də Naftalanlıları Zəfər Günü münasibətilə təbrik edib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il davam edən işğala 44 gündə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. İcra başçısı əldə olunan qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib. 

Tədbir "Zəfərin mübarək qüdrətli Vətən!” adlı konsert proqramı ilə davam etdirilib. Sonra Zəfər bayramı münasibəti ilə İcra Hakimiyyəti və Millət vəkili tərəfindən Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına ziyafət verilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO